Suriyadan üzr yerinə “xəbərdarlıq” gəldi

4 Oktyabr 2012 12:03 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Suriya İnformasiya Nazirliyi Ağçaqalaya düşən top gülləsi nəticəsində həyatını itirənlərin yaxınlarına və Türk xalqına başsağlığı verib. Hadisə ilə əlaqədar istintaq başlandığını açıqlayıb.

İnformasiya naziri Əl Zuabi açıqlamasında: "Qonşu ölkələrin suverenliyinə hörmətimiz var" - deyib. Türkiyə ilə çox uzun sərhədlərinin olduğunu, terroristlərin sərhəddən ölkələrinə keçdiklərini və qaçaq silah gətirmələrinin qarşısının alınmasını istəyib. Əl-Zuabi Türkyəyə səslənərək bu cür sərhəd qəzalarında dövlətlərin ağıllı və məsuliyyətli hərəkət etməsinin vacibliyini, xüsusilə silahlı terror qruplarının bölgədəki varlığının ciddiyə alınmasının lazım olduğunu bildirib.

Nazir Əl-Zuabi əlavə edib ki, terror qrupları yalnız Suriyanın milli təhlükəsizliyini deyil, bütün bölgə ölkələrin təhlükəsizliyini hədəf aldıb. Nazir Əl Zuabi terror qruplarının Suriyanın milli təhlükəsizliyini pozmaq istədiyini qeyd edərək, Suriyanın milli suverenliyinə bütün tərəflərin hörmət etməsini istəyib