Günün havası
28 Avqust 2015 11:50 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumatına
görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz
yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal
olunur. Şimal-şərq küləyi əsəcək. Havanın
temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 24-28, Bakıda
gecə 19-21, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir. Atmosfer
təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz
50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu:
Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba,
Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə
24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 28-də şimşək
çaxacağı, səhər və gündüz arabir yağış yağacağı gözlənilir. Şərq
küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 24-29,
dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı
gözlənilir.