​Türkiyə XİN başçısı: "Əməkdaşlığımız bölgədə sabitliyə xidmət edir"

28 Avqust 2015 14:55 (UTC+04:00)

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Davudoğlu bildirib.O qeyd edib ki, bu ilin noyabrında Türkiyənin Antalya şəhərində "G-20" qrupunun sammiti keçiriləcək: "Türkiyə dünyanın varlı dövlətlərindəndir. Ölkəmiz buna layiq olduğu kimi, Antalyada "G-20"-nin zirvə toplantısını keçirməyə layiqdir".

Xatırladaq ki, bu gün Antalyada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli toplantısı keçiriləcək.Toplantı çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.

İlk üçtərəfli görüş 2014-cü il mayın 26-da Bakıda, ikinci görüş 2015-ci il yanvarın 29-da Aşqabadda olub.