Əliyev, Ərdoğan və Berdımuhəmmədov Aşqabadda görüşəcəklər

28 Avqust 2015 15:10 (UTC+04:00)

XİN başçıları görüşə hazırlığı müzakirə edəcəklər.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun sərəncamına əsasən, XİN başçısı Rəşid Meredov 28-29 avqust tarixində Türkiyəyə ezam olunub.

Movqe.az Türk saytına istinadla xəbər verir ki, rəsmi məlumatda qeyd olunub ki, Meredov Türkmənistan, Azərbaycan və Türkiyənin XİN başçılarının üçtərəfli görüşündə iştirak edəcək.

Xarici işlər nazirlərinin müzakirə edəcəyi məsələlərdən biri Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin 2015-ci ilin oktyabr ayında Türkmənistanda keçiriləcək görüşünə hazırlıq olacaq.