90-cı illərin modelləri yenidən bir araya gəldilər

28 Avqust 2015 15:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, 90-cı illərin supermodelləri - Sindi Krouford, Yeva Xertsiqova, Helena Kristensen, Nadya Auermann, Tatyana Patits və Karen Aleksander yenidən çəkiliş meydançasında görüşüblər.

Onları 1990-cı ildə "Vogue" jurnalı üçün fotosessiyalar edən əfsanəvi fotoqraf Piter Lindberq birləşdirib. Fotoqraf bu layihəni qısametrajlı "The Reunion" filmi üzərində iş çərçivəsində düşünüb. Film "Director's Cut" mini-filmlər seriyasına daxil olacaq. Filmdə 20-ci əsrin son onilliyinin əfsanələri olan 6 məşhur qadın var. Onlar sadə sviterlərdə poza verirlər. Videonun hazırlandığı müddətdə isə Lindberq modellərin ağ-qara portretlərindən ibarət seriya hazırlayıb.

90-cı illərin modelləri yenidən bir araya gəldilər