Türkiydə müvəqqəti hökumətin tərkibi prezidentə təqdim olundu

28 Avqust 2015 17:50 (UTC+04:00)

Bu gün Türkiyənin baş naziri Əhməd Davudoğlu müvəqqəti hökumətin tərkibini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. Movqe.az bu barədə "TRT Haber" telekanalına istinadən məlumat verir.

Bundan sonra Türkiyədə təkrar parlament seçkilərinin keçirilməsinə hazırlıq başlayacaq.