Poroşenko vəzifəni Kliçkoya təhvil verdi

28 Avqust 2015 19:30 (UTC+04:00)

Ukrayna prezidenti Pyotr Poroşenkonun "Pyotr Poroşenko Bloku"na bundan sonra Kiyevin meri Vitali Kliçko rəhbərlik edəcək.

Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar bu gün Kiyevdə qəbul olunub. Blok rəhbərliyinə 18 namizəd olsa da, sonda Kliçko qalib gəlib. İclasa Poroşenko özü də qatılalaraq çıxış edib və Kliçkonu təbrik edib. Rəhbər dəyişikliyində məqsəd Poroşenkonun "Solidarnost" adlanan bu blokunu gücləndirməkdir.