Liviya sahillərində miqrantları daşıyan iki gəmi batdı

28 Avqust 2015 17:45 (UTC+04:00)

Aralıq dənizinin Liviya sahillərində mühacirləri daşıyan iki gəminin batması nəticəsində 100-dən çox insan ölüb."Report" xəbər verir ki, bu haqda xarici mətbuat məlumat yayıb. Xəbərə görə, hadisə Liviyanın Zuvara şəhəri sahillərində baş verib Gəmilərdən birində 500, o birində isə 400 mühacir olub. Mühacirlərin Suriya, Pakistan, Banqladeş, Afrika ölkələri, o cümlədən Mərakeşdən olduğu bildirilib.Onların çoxunun öldüyü ehtimal edilir. Şahidlər yüzdən çox mühacirin meyitinin Liviyanın paytaxtı Tripoldakı xəstəxanaya aparıldığını söyləyiblər. Məlumata görə, 201 mühacir xilas edilib. Liviyanın sahil mühafizə xidmətinin xilasediciləri axtarış-xilasetmə işlərini davam etdirir.