İranın tanınmış din xadimi Azərbaycanda səfərdə olacaq

28 Avqust 2015 18:30 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) dəvəti ilə 31 avqust - 4 sentyabr 2015-ci il tarixlərində İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Azərbaycanda səfərdə olacaq.

QMİ-nin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Azərbaycan və İran arasında dini-mənəvi əlaqələrin inkişafına töhfə olacağı gözlənilən səfər çərçivəsində onun Bakı şəhərində və bölgələrdə - Şamaxı və Gəncədə bir sıra görüşləri nəzərdə tutulub.

Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Bakıda Şəhidlər Xiyabanı, Heydər məscidi, Bibi-Heybət və Təzə-Pir məscidlərini ziyarət edəcək, Şamaxıda Cümə məscidi ilə tanış olacaq, Gəncə şəhərində isə Nizami Gəncəvi məqbərəsini, Şah Abbas məscidini və İmamzadə kompleksini ziyarət edəcək.