Azərbaycan Rusiyaya ət və süd məhsulları ixrac edəcək

28 Avqust 2015 21:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bununla bağlı Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycana səfər edib. Sahibkarlıq subyektlərinə baxış keçirərək qiymətləndirmə aparılıb.

Artıq ət və süd məhsulları istehsal edən 7 Azərbaycan müəssisəsi Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən reyestrə daxil edilib. Bu isə həmin müəssisələrə istehsal etdikləri məhsulları Rusiya Federasiyasına ixrac etmək imkanı yaradır. Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirili