Əli Həsənov manatla bağlı açıqlama verdi

28 Avqust 2015 19:09 (UTC+04:00)

Son günlər neftin qiymətinin düşməsi fonunda Azərbaycanda yenidən dolların bahalaşması ətrafında yaranmış ajiotaja Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov aydınlıq gətirib. ANS TV-nin məlumatına görə, Əli Həsənov ajiotaja heç bir əsas yoxdur və manatın sabit qalacağını bildirib: "Hal hazırda Azərbaycan dövləti çalışır ki, vətəndaşın maraqları təmin olunsun. Milli Bankın və onun strukturunun maraqları təmin olunsun. Ona görə də düşünürəm ki ajiotaja ehtiyac yoxdu, nəinki bunu seçki ilə bağlamaq lazımdı. Ümumiyyətlə Azərbaycan dövləti çalşır ki, manat sabit qalsın, manat bizim milli simvolumuzdu. Onun dəyərdən düşməsi bizim dövlətin də dəyərdən düşməsidir. Ona görə biz çalışırıq ki sabit qalsın".

Mirşahinin Əli Həsənovla geniş müsahibəsini bazar günün "Xəbərçi"nin 21:00 buraxılışında izləyə bilərsiniz!