​Türkiyədə avtobus minaya düşüb, 24 nəfər yaralanıb

29 Avqust 2015 10:00 (UTC+04:00)

Türkiyənin Suriya ilə sərhəddə yerləşən Mardin əyalətində avtobusun partlaması nəticəində 10-u polis olmaqla 24 nəfər yaralanıb.

Movqe.az "Haber Turk" qəzetinə istinadən xəbər verir ki, terror aktı Kürd Fəhlə Partiyasının (PPK) silahlıları tərəfindən törədilib.Nəşr yazır ki, avtobus terrorçuların basdırdığı minaya düşüb. Yerli təhlükəsizlik qüvvələri insidentdə günahkar olan şəxsin geniş miqyaslı axtarışına başlayıb.