Azərbaycanlı iş adamı Türkiyədə vitse-prezident seçilib

29 Avqust 2015 12:15 (UTC+04:00)

Movqe.az xəbər verir ki,Azərbaycan Sambo Federasiyasının vitse-prezidenti Səbuhi Rəcəb Türkiyə Sport Kombat Sambo Federasiyasına 1-ci vitse-prezident seçilib. Xatırladaq ki, Səbuhi Rəcəb Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən "12 May"-Kobra Kikboksinq İdman Cəmiyyətinin direktorudur . Bundan əlavə isə, Səbuhi Rəcəb Azərbaycan Sambo Federasiyasının vitse-prezidentidir. Ölkənin idman həyatında fəal iştirak edir və bir sıra beynəlxalq tədbirlərin fəal iştirakçısıdır. Eyni zamanda Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür. Səbuhi Rəcəb vitse-prezident seçilməsini beynəlxalq səviyyədə Azərbaycan idmanına olan diqqətlə əlaqələndirdi: "Son illər ölkədə idmana böyük diqqət var. Ölkə rəhbərliyinin idmana olan diqqəti bütün idman sahələrində özünü göstərir. Ölkəmizdə bir sıra uğurlu beynəlxalq idman tədbirlərinin keçirilməsi, Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtdırır. Gənclərimiz arasında idmana böyük maraq yaranıb və bu kütləvi şəkildə davam edir. Ona görə də, bu gün qürur duyuram ki Türkiyə Sport Kombat Sambo Federasiyasında vitse-prezident vəzifəsinə seçilmişəm. Məni bu vəzifəyə etimad göstərənlərə təşəkkür edirəm",-deyə iş adamı əlavə edib.