Türkiyədə 2 polis şəhid olub

29 Avqust 2015 10:40 (UTC+04:00)

PKK terrorçuları Türkiyənin Şanlıurfa vilayətində Balıklıgöl Dövlət Xəstəxanasına hücum edib.Movqe.az "Anadolu"ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəstəxanada xidməti vəzifəsini yerinə yetirən iki polis ağır yaralanıb. Onlara xəstəxanada ilkin müdaxilə edilib. Daha sonra yaralanan polislərdən biri Harran Universitetinin Araşdırma və Tətbiq Xəstəxanasına, digəri isə Mehmet Akif İnan Təhsil və Araşdırma Xəstəxanasına qaldırılıb. Həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.