Neftçalada avtomobil su kanalına düşüb, sürücü ölüb

29 Avqust 2015 11:30 (UTC+04:00)

Neftçalada su kanalına düşən avtomobilin sürücüsü hadisə yerində ölüb.Movqe.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı yayıb.Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Neftçala rayonunda su kanalına "VAZ" markalı minik avtomobilinin düşməsi və içərisində 1 nəfərin olduğu barədə məlumat daxil olub: "Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və su kanalına düşüb. Xilasedicilər sürücünün meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib".