DADP-nin də namizədləri müəyyənləşib – 25 nəfər

29 Avqust 2015 13:50 (UTC+04:00)
Movqe.az xəbər verir ki,Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) bu il parlamentə keçiriləcək seçkilərdə öz namisədlərini artıq müəyyənləşdirib. DADP İdarə Heyətinin qərarı ilə 25 nəfərin bu dəfəki seçkilərə qatılmaq istəyi dəqiqləşdirilib. Partiyanın sədri Fatma xanım Əliyeva bildirib ki, partiya öz daxili imkanları hesabına bütün namizədlərinin təbliğatını aparacaq: "Hələlik dairələri müəyyənləşdirməmişik. Bu ilkin bir siyahıdır ki, təsdiqlənib. Yaxın günlərdə partiyanın ali strukturlarında namizədlərimiz arasında dairələr müəyyənləşdiriləcək. Kimin hansı dairədə daha cox nüfuzu var, oradan namizədliyini verəcək. Biz heç kimin qarşısında şərt qoymuruq, partiya daxilində azad bir seçim, istək mövcuddur. Amma hər bir namizədə eyni səviyyədə köməklik olunacaq". DADP-nin bu seçkilərdə iştirak edəcək namizədlərinin siyahısını təqdim edirik: 

1. Fatma Əliyeva 

2. İmanqulu Naqıyev 

3. Mehriban Sadıqova 

4. Akif Əliyev 

5. Bəhram Ağazadə

 6. Xanağa Cəfərov 

7. Zaman Zamanov 

8. Təyyar Nəsirov 

9. Alim Sarıyev 

10. Zemfira İmanova 

11. Dilarə Əliyeva 

12. Nazilə Rzayeva 

13. Sunax Məmmədova 

14. Adil Rzayev 

15. Telman Əliyev 

16. Vidadi Əliyev 

17. Feyzulla Hacıyev 

18. Tofiq Məmmədov 

19. Mərziyyə Əliyeva 

20. Təhminə Məmmədova

 21. Nargilə Sultanova 

22. Nizami Cəfərov

23. Zahid Qafarov 

24. Mahir Əliyev 

25. Sadiq Qocayev