Heydər Əliyev Fondunun dəstəyi ilə Tovuzda yeni uşaq bağçası istifadəyə veriləcək

29 Avqust 2015 16:00 (UTC+04:00)

Movqe.az-ın Heydər Əliyev Fondunun saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonunun Qovlar şəhərində inşa edilən yüz yerlik yeni uşaq bağçasında son tamamlama işləri görülür.


Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən uşaq bağçası yaxın günlərdə istifadəyə veriləcək. Uşaq bağçası yeni inventar və avadanlıqla da təmin olunacaq.