Rusiyada qətlə görə axtarışda olan azərbaycanlı tutulub

29 Avqust 2015 17:00 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada axtarışda olan Nofal Qafarov tutulub.


Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarış élan edilib.