Nigeriyada terrorçular 24 dinc sakini qətlə yetirib

29 Avqust 2015 21:00 (UTC+04:00)

Movqe.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Borno əyalətinin paytaxtı Mayduquridən 80 km aralıda yerləşən Marfunudi yaşayış məntəqəsində baş verib.

 

BMT-nin məlumatına əsasən, terrorçuların hücumları ilə əlaqədar Nigeriyanın şimal-şərq bölgəsində 1 milyon 400 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

 

Xatırladaq ki, "Boko Haram" Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.