"Cavan ölməkdən çox qorxuram"

29 Avqust 2015 21:30 (UTC+04:00)

"Real"ın ulduz futbolçusu Kriştianu Ronaldo maraqlı açıqlamalar verib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, portuqal futbolçu cavan yaşda ölməkdən qorxduğunu bildirib."Mənim ən böyük qorxularımdan biri gənc yaşda ölməkdir. Qoca kimi, 80-90 yaşda ölmək istəyirəm. Vaxtımı ailəm, dostlarım və oğlumla keçirməyə çalışıram. Adi insan olmağa çalışıram, oğlumla oynamağı sevirəm. Əhatəmdə olan insanlar həmişə mənə stimul verir. Onlardan müsbət aura hiss edirəm. Mənim üçün əsas budur. Futbol oynamağı sevirəm. İstəyirəm ki, azarkeşlər oyunumdan zövq alsınlar. İldən-ilə inkişaf etməyə çalışıram. Maksimum səviyyədə qalmaq üçün müntəzəm məşq edirəm. Düşünürəm ki, son illər istəyimə nail olmuşam. Buna görə işimə davam edəcəm".