Azərbaycan Prezidenti Malayziyanın dövlət başçısını təbrik edib

29 Avqust 2015 22:00 (UTC+04:00)

Ümidvaram ki, Azərbaycan-Malayziya münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın XIV Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Malayziya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim əmin-amanlıq və rifah arzulay