Azərbaycan Rusiyadan yeni PD-14 mühərrikli təyyarələr almaqda maraqlıdır

29 Avqust 2015 23:30 (UTC+04:00)

PD-14 üzrə sifariş portfeli 300 ədəd təşkil edir

Rusiyanın ən yeni PD-14 mühərrikləri üçün edilən kommersiya və dövlət sifarişlərinin portfeli 300 ədəd təşkil edir.

Movqe.az TASS-a istinadən xəbər verir ki, bu barədə PD-14 mühərriklərinin istehsalı üzrə baş podratçı "Perm mühərrik zavodu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

MAKS-2015 aviasalonunun mətbuat xidmətinin məlumatına görə, PD-14 mühərrikli təyyarələrdə yerli kommersiya və dövlət şirkətləri ilə yanaşı xarici sifarişçilər də maraqlanır. Onların sırasında Azərbaycan, Kuba və Hindistan da var.

PD-14 üçün sertifikatın 2017-ci ildə alınması planlaşdırılır.