İndoneziyada vulkan səbəbindən hava limanı bağlanıb

30 Avqust 2015 14:00 (UTC+04:00)

Yekun qərar metroloji vəziyyət nəzərə alınaraq qəbul olunacaq

İndoneziya hakimiyyəti ölkənin Şimali Sulavesi əyalətində Manado inzibati mərkəzindən təqribən 1,6 min km aralıda yerləşən Lokon vulkanının fəallaşması ilə əlaqədar hava limanının işini dayandırıb.

Movqe.az "Report"-a istinadən xəbər verir ki, bu barədə yerli "Antara" agentliyi məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, vulkan ötən gecədən havaya kül atmağa başlayıb. Hava limanı bu gün ərzində bağlı olacaq, lakin uçuşların bərpası ilə bağlı yekun qərar metroloji vəziyyət nəzərə alınaraq qəbul olunacaq.