Almaniyada bomba təhlükəsi ilə əlaqədar 10 minə yaxın adam təxliyə edilib

30 Avqust 2015 17:30 (UTC+04:00)

Almaniyanın Koblens şəhərində ikinci Dünya müharibəsi vaxtından qalan min kiloqramlıq bombanın partlama təhlükəsi ilə əlaqədar 10 minə yaxın adam təxliyə edilib. Bu barədə Movqe.az RİA Novosti agentliyinə istinadən xəbər verir.


Bomba tikinti işlər zamanı tapılıb. Təxliyə yerli vaxtla səhər saat 07:00-da başlayıb.


Bombanın zərərsizləşdirilməsi üzrə işlər səhər saatlarında başlayıb.