Azərbaycan peyk texnologiyalarından enerji təhlükəsizliyi məqsədilə istifadə edəcək

30 Avqust 2015 18:30 (UTC+04:00)

Azərbaycanın aşağı orbitli "AzerSky" peykinin resursları enerji resurslarının tədarükü üzrə boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istifadə edilə bilər. Bu barədə Movqe.az-a "Azerkosmos" ASC-dən məlumat verilib.


Verilən məlumata görə, təhlükəsizliyin təmin edilmə məsələləri "AzerSky"-ın imkanları barədə ətraflı məlumat alan müvafiq strukturların səlahiyyətinə daxildir: "Biz onlara peyk xidmətləri göstərməyə hazırıq. Hansı hallarda peykin resurslarından istifadə olunması məsələsinə gəldikdə isə bu, birbaşa strukturların özündən asılıdır".