Mülayim hava şəraiti həftə sonunadək davam edəcək
4 Oktyabr 2012 21:02 (UTC+04:00)
Movqe.az xəbər
verir ki, Bakı və Abşeron yarımadasında oktyabrın 5-də hava
şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi
gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentindən verilən məlumata görə, havanın temperaturu
gecə 16-19, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 5-də hava şəraitinin əsasən
yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi
rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30,
dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti təşkil
edəcək.
Tibb-meteoroloji proqnoza əsasən, həftənin sonunadək davam edən
mülayim hava şəraiti, eyni zamanda meteoroloji amillərin normal
sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən
əlverişlidir.