İranın tanınmış din xadiminin Azərbaycanda səfəri başlayıb

31 Avqust 2015 11:25 (UTC+04:00)

Səfər sentyabrın 4-dək davam edəcək

İranın tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədaninin Azərbaycana səfəri başlayıb.

Movqe.az-ın "Report"-a istinadən məlumatına görə, QMİ-nin dəvəti ilə reallaşdırılan səfər sentyabrın 4-dək davam edəcək.

Səfər çərçivəsində onun Bakı şəhərində, Şamaxı və Gəncədə bir sıra görüşləri nəzərdə tutulub. Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani səfər Şəhidlər Xiyabanını, Heydər və Bibi-Heybət məscidlərini ziyarət edəcək, sonra Təzə Pir məscidində namaz qılınacaq.

Səfərin digər günlərində Şamaxı Cümə məscidi ilə tanışlıq nəzərdə tutulub. Daha sonra Gəncədə Nizami Gəncəvi məqbərəsinin, Şah Abbas məscidinin ziyarəti və İmamzadə kompleksi ilə tanışlıq olacaq.