Qalaktikada yeni kəşf

4 Oktyabr 2012 15:27 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Nature" jurnalında nümayiş olunan araşdırmaya görə əkiz qara dəliklər Yerdən 10 min işıq ili uzaqda olan və 12 milyard yaşında olduğu sanılan M-22 qalaktika qrupunda kəşf edilib. Tipik qlobal qalaktika qrupunda yüzlərlə quru dəliyin meydana gələ biləcəyinə, lakin cazibə qüvvəsi nəticəsində onlardan yalnız birinin  varlığını davam etdirə biləcəyinə işarə edən elm adamları, eyni qalaktika qrupunda iki qara dəliyin olmasını ilk dəfə müşahidə etdiklərini deyiblər. Miller Cons möcüzə nəticəsində eyni qalaktikada yerləşən iki qara dəliyin aktiv olduğunu və yaxınlarındakı ulduzları udaraq qidalandıqlarını söyləyib.Çandra teleskopunun qara dəliyin udduğu cisimlərin yaydığı x-şüalarını təsbit etdiyini ifadə edən Miller Cons radio dalğaların x-şüalarına nisbətini hesablayaraq qara dəliyin kütləsini tapdıqlarını qeyd edib.Hesablamalara görə M-22 qalaktika qrupundakı qara dəliklər Günəşdən 10-20 qat daha böyük kütləyə malikdir.