Makiyajın silinməsi üçün mükəmməl vasitə

31 Avqust 2015 15:20 (UTC+04:00)

Makıyajın təmizlənməsi üzə qulluq prosesinin vacib mərhələlərindən biridir. Üz dərisi daima "nəfəs almağa" ehtiyac duyur.

Movqe.az xəbər verir ki, makiyajın üzdən düzgün təmizlənməsi zamanı dəri nəmlənməli, qidalanmalı, qıcıqlanmadan azad olmalı, qara nöqtələrdən və artıq yağ ifrazından təmizlənməlidir. Bu məqsədlə fransız laboratoriyasının mütəxəssisləri makiyajı təmizləyən və dərinin rəngini tənzimləyən Lait VIP O2 vasitəsini yaratdılar. Bu vasitə makiyajı təmizləyərək epidermisi sakitləşdirir, dəriyə mükəmməl görünüş və parlaqlıq bəxş edir.

Makiyajın silinməsi üçün mükəmməl vasitə

Lait VİP O2 quru iqlimdə yaşayan və ya tez-tez səfərə çıxan insanlar üçün nəzərdə tutulub. Mütəxəssislər vasitəni üz, boyun və dekolte nahiyəsinə çəkib dairəvi hərəkətlərlə massaj etməyi, daha sonra isə vasitəni üzdən kompres və ya isladılmış pambıq bezlərin köməyilə təmizləməyi tövsiyə edirlər.

Makiyajın silinməsi üçün mükəmməl vasitə