Sabah əzanını "Namaz Facebookdan xeyirlidir" deyə oxuyub

31 Avqust 2015 17:38 (UTC+04:00)

Movqe.az xəbər verir ki, sabah əzanındakı "Namaz yuxudan daha xeyirlidir" qisimini dəyişdirərək "Namaz Facebookdan Daha xeyirlidir" deyə oxuyan Misirli müəzzin Mahmud Əl Moghazi vəzifəsindən uzaqlaşdırılaraq haqqında istintaq açılıb.

Misirin şimalındakı Əl Buheyra şəhərinin Kafr El Davar bölgəsindəki Seyit Qazi Məscidinin müəzzini Mahmud Əl Moghazi səhər namazını oxuyarkən sözlərini dəyişdirərək "Namaz yuxudan xeyirlidir" yerinə "Namaz facebookdan daha xeyirlidir" deyib. Seyit Qazi Məscidinin camaatı müəzzin haqqında şikayətçi olublar və müəzzin vəzifədən alınıb. Misirin Din işləri üzrə Nazirliyi də müəzzin haqqında qanuni əməliyyat başladıb. Məscid camaatından biri bazar günü bir televiziya kanalında canlı yayıma qatılaraq Moghazini kafir olmaqla günahlandırıb və onun etdiyi hərəkətə görə camaatın məscidə getmədiyini söyləyib.

Müəzzin isə bu günahlandırmalara qarşılıq olaraq öz haqqında ittihamlar edən şəxsin Seyit Qazi Məscidinə davamlı gələnlərdən olmadığını söyləyərək, həmin şəxsin qadağanlı "Müsəlman Qardaşlar" qrupunun sempatizanı olduğunu iddia edib. Daha əvvəl heç "Facebook"dan istifadə etmədiyini deyən müəzzin, qatıldığı televiziya proqramında vəzifədən alınmasına etiraz etmək üçün aclıq aksiyası keçirəcəyini söyləyib və Misir prezidenti Sisiyə səslənərək yardım istəyib.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə