SOCAR dəniz yatağındakı quyunu istismara verdi

31 Avqust 2015 17:52 (UTC+04:00)

SOCAR şirkəti "Günəşli" yatağındakı 14 nömrəli dərin dəniz özülündən 412 nömrəli quyunu aparılmış geoloji tədbirdən sonra istismara verib.


Movqe.az xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunan məlumatda deyilir.


Quyu məhsuldar qatın X horizontundan əlavə süzgəc açıldıqdan sonra qazlift üsulu ilə məhsul verib, 2887-2880 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.