AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərmək barədə qərar qəbul edib

31 Avqust 2015 19:20 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyası Bürosunun bu gün keçirilən iclasında Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərmək barədə qərar qəbul edilib.

 

Movqe.az xəbər verir ki, bu barədə APA-ya AŞPA-nın mətbuat katibi Francesc Ferrer məlumat verib. O bildirib ki, missiyanın tərkibinə AŞPA-nın 13 üzvü daxildir.

 

Missiyaya İspaniyadan olan parlamentar Yordi Çukla rəhbərlik edəcək.