İqtisadi böhranlar yeni doğulan uşaqların sağlamlığına pis təsir edir

1 Sentyabr 2015 10:27 (UTC+04:00)

İslandiya alimləri müəyyən ediblər ki, iqtisadi böhran zamanı doğulan uşaqların sağlamlığı ilə bağlı daha çox problem olur. Movqe.az bu barədə "The Guardian" qəzetinə istinadən məlumat verir.


Bu nəticələri təsdiqləyən təcrübənin yekunları alimlər tərəfindən Almaniyanın Manheym şəhərində keçirilən Avropa İqtisadi Assosiasiyasının konqresində təqdim olunub.


Araşdırma zamanı tədqiqatçılar 2008-ci ilin iqtisadi böhranına xüsusi diqqət yetiriblər.


Böhran zamanı hamiləliyinin üçüncü ayında olan qadınlar nəticədə çəkisi 120 qramdan az olan körpələr dünyaya gətiriblər.


Həmçinin müəyyən olunub ki, vaxtından öncə doğulan uşaqların sayı 3,5 faiz çox, çəkiləri isə 2,5 kiloqramdan az olub. Yeni doğulan başqa körpələrlə müqayisədə böhran zamanı doğulan uşaqlar doğuş sonrası xəstəliklərdən daha çox əziyyət çəkiblər.