Qobustanda vətəndaşın evi yanıb

1 Sentyabr 2015 10:33 (UTC+04:00)

Qobustan rayonu, Şıxzahırlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan 1 mərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;