Ürək üçün xeyirli bitkilər

1 Sentyabr 2015 13:20 (UTC+04:00)

Müalicəvi bitkilər qədimdən müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası zamanı uğurla istifadə olunurdu.

Onların faydalı təsiri tibb elmində də təsdiq olunub. Bu bitkilər dərman prepartaların hazırlanması zamanı geniş istifadə olunur.


Movqe.az ürək üçün faydalı müalicəvi bitkiləri təqdim edir:


1. Yemişan


Sakitləşdirir, ürək əzələsini tonuslaşdırır, ürəyin qanla təchiz olunmasını yaxşılaşdırır, aritmiyanı və taxikardiyanı aradan qaldırır, arterial təzyiqini aşağı salır.

Ev şəraitində yemişandan təbii dərmanlar hazırlamaq olar:

— 1/2 kq tam yetişmiş yemişan həvəngdəstədə əzilir, ora 100 ml qaynanmış su əlavə olunur və vam odda 40 C-yə kimi qızdırılır. Alınmış şirə sıxılır və gündə 3 dəfə 1 xörək qaşığı olmaqla yeməkdən əvvəl içilir. Bu vasitəni uzun müddət ərzində (bir neçə ay) istifadə etmək olar. Yaşlı insanlar üçün xüsusilə xeyirlidir.

— 3 xörək qaşığı quru yemişan meyvələri 1 l-lik termosa tökün və qaynar su əlavə edin. 2 saat dəmlədikdən sonra dəmləməni süzün. Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı için.


2. Nanə


Nanə ürək üçün ən faydalı bitkilərdən biri sayılır. Məhz bu səbəbdən nanə ən populyar ürək dərmanın "validolun" tərkibinə daxildir. Nanə ürək və beyin damarlarını genişləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir.

— 2 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan qaynar suda dəmlənir və 1 saatdan sonra süzülür. Dəmləmə xırda qurtumlarla gün ərzində içilir.


3. Peyğəmbərgülü


Bu bitki taxikardiya zamanı yaxşı kömək edir.

— Quru güllərin 2 çay qaşığını 1 stəkan qaynar suda dəmləyin, 1 saatdan sonra süzün, gündə 3 dəfə stəkanın 1/4 hissəsini yeməkdən əvvəl için.


4. Pişikotu kökü


Bu ot da ürəyə çox yaxşı təsir edir. Pişikotu kökü tac damarlarını genişləndirir, sakitləşdirir, ürəyin fəaliyyətini yaxşılaşdırır. Bir çox ürək preparatların tərkibinə bu ot daxildir.

— 1 xörək qaşığı pişikotu kökü axşamdan 1 stəkan qaynar suda dəmləyin və ertəsi gün axşama kimi xırda qurtumlarla için.

— Pişikotu kökü — 2 çay qaşığı, nanə — 2 çay qaşığı, quru yemişan meyvələri — 2 çay qaşığı 1 l-lik termosa tökün, qaynar su əlavə edin və 1 saat ərzində dəmləyin. Sonra dəmləməni süzün və gün ərzində 3-4 dəfə 1 xörək qaşığı için.


5. Boymadərən


Bu ot ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirin, ürək ritmini tənzimləyir, arterial təzyiqini aşağı salır.

— Boymadərən — 2 çay qaşığı, pişikotu kökü — 3 çay qaşığı, mayaotu toxumu — 2 çay qaşığı, badrənc — 3 çay qaşığı. Otlar qarışdırılır. 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir, 1 saatdan sonra süzülür. Gündə 4 dəfə 1/4 stəkan içilir.


6. Çaytikanı


Aterosklerozun və trombların əmələ gəlməsinin və inkişafın qarşısını alır, sakitləşdirir.

Çaytikanı dəmləmə (1 xörək qaşığı meyvələr + 1 xörək qaşığı qaynar su) və mürəbbə şəklində qəbul etmək olar.