ABŞ Latviyaya pilotsuz uçan aparatlar göndərib

1 Sentyabr 2015 11:37 (UTC+04:00)

Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.

Onun sözlərinə görə, kəşfiyyatçı PUA-lar NATO- ya üzv ölkələrin Ukrayna böhranı ilə əlaqədar təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə təşəbbüsə uyğun olaraq Latviyaya göndərilib. PUA-ların sayı və harada yerləşdirilməsi barədə məlumat verilmir.

Pilotsuz uçan aparatlarla yanaşı Latviyaya ABŞ Milli Qvardiyasının 70 hərbçisi də gəlib.

Xatırladaq ki, ötən həftə Almaniyanın qərbində yerləşən "Şpanqdalem" hərbi bazasında ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus F-22 "Raptor" qırıcıları yerləşdirib.