Yuxarı Qarabağ kanalında batan şəxsin axtarışına başlanıb

1 Sentyabr 2015 11:54 (UTC+04:00)

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytınaq istinadən xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində 1 nəfər batdığına dair məlumat daxil olub. Hadisə yerinə nazirliyin xilasediciləri cəlb edilib və axtarışlara başlanılıb. Əlavə məlumat veriləcək.