Habil Əliyevin vəziyyəti yenidən pisləşib

1 Sentyabr 2015 13:28 (UTC+04:00)

Movqe.az xəbər verir ki, dünən xalq artisti, kaman ustası Habil Əliyevin səhhətində ciddi problem yaranıb. H. Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyevanın APA-ya verdiyi məlumata görə, həkimlər kaman ustasını 24 saat nəzarətdə saxlayırlar: "Dünən qəfil vəziyyəti pisləşdi. Səhhətində ciddi problem yaranmışdı. Həkimlər dava-dərman etdilər, bəlğəmi təmizlədilər, bir az özünə gəldi. Vəziyyətində ciddi mənada irəliləyişi yoxdur. Ümidimizi Allaha bağlamışıq". 

 

Qeyd edək ki, H. Əliyev və ürək və ağciyər problemlərindən əziyyət çəkir.