Şırnakda 7 terrorist təslim olub

1 Sentyabr 2015 13:52 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Şırnak şəhər səlahiyyətlilərindən verilən məlumata görə, PKK terror təşkilatında fəaliyyət göstərən 7 terrorist təşkilatdan qaçaraq təhlükəsizlik güclərinə təslim olub.

Terrorçularla əlaqədar bütün əməliyyatların məhkəmə orqanlar tərəfindən icra edildiyi açıqlamada, 21 mart 2013-cü ildən bu yana Şırnak və rayonlarından terror təşkilatından qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olanların sayının 880 olduğu qeyd edilib.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə