Milli Məclisə seçkilərlə əlaqədar seçici siyahıları dəqiqləşdirilir

1 Sentyabr 2015 13:48 (UTC+04:00)

Məntəqə seçki komissiyaları əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını sentyabrın 27-dək təqdim etməlidir


Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 1 noyabr 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində işlər davam edir.

 

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, məntəqə seçki komissiyaları seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını sentyabrın 27-dək təqdim etməlidir.

 

Bu müddətdən sonra səsvermə gününədək (səsvermə günü də daxil olmaqla) seçici siyahısına seçici Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən əlavə edilə bilər. Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən qaydada təsdiq edildikdən sonra seçici siyahılarının Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdiriləcək.