Merkel: Türkiyənin yükü yüngülləşdirilməlidir

1 Sentyabr 2015 14:05 (UTC+04:00)

Qaçqınlar məsələsində türkiyənin yükü ağırdır və bu yük yüngülləşdirilməlidir.Türkiyə 2 milyon qaçqına ev sahibliyi etməkdədir.Merkel bildirib ki,Türkiyə qaçqınlar üçün çox böyük işlər görüb.Movqe.az "Hürriyet"-ə isitinadən məlumat verir ki,kansler jurnalistlərin suallarını cavablandırarkən bu ifadələri işlədib.

"Suriya və Şimali İraqdan gələnlər başqa olmaqla bir çox qaçqının Yunanıstana Türkiyə üzərindən keçdiyini vurğulayan Merkel,Türkiyə ilə sərhədlərin qorunmasının vacibiliyini qeyd edib.Bunadan əlavə Merkel Türkiyənin terror təşkilatı olan İŞİD-la mübarizəyə aktiv olaraq qatılmasının müsbət vəziyyiət kimi qiymətləndirib. O, həmkarı Əhməd Davudoğlu ilə telefon danışığında kürd məsələsinin həlli üzrə sülh prosesinin yenidən başlanması üçün bütün imkanlardan istifadə edilməsinin önəmini də vurğuladığını söyləyib. "Almaniya PKK ilə sülh prosesinin davam etdirilməsini arzulayır", - deyə kansler bildirib.