Rusiya: ABŞ gəmilərini izləyəcəyik

1 Sentyabr 2015 14:25 (UTC+04:00)

Movqe.az xəbər verir ki,ABŞ donanmasının liderliyində təşkil edilən və Türkiyə, İngiltərə, Almaniya, İtaliya, Yunanıstan, Rumıniya, İsveç və Moldovadan təxminən 2500 əsgərin və çox sayda hava və dəniz vasitələrinin qatıldığı manevr, bazar ertəsi günü, Ukraynanın Odessa və Nikolayev şəhərlərində başlayıb. Rusiyanın keçən il ilhaq etdiyi Krım yarımadasının yanında edilən manevrlərlə əlaqədar olaraq Rusiyanın rəsmi xəbər agentliyi RİA Novostiyə danışan lakin adını açıqlamayan bir hərbi səlahiyyətli, Rus döyüş gəmilərinin və təyyarələrinin, manevr boyunca ABŞ gəmi və təyyarələrini izləyəcəyini ifadə edib. 12 Sentyabr tarixinə qədər davam edəcək olan manevrin daha çox olaraq Qara dənizin şərq bölgələrində ediləcəyinə toxunan səlahiyyətli, rus döyüş təyyarələrinin, hava sahəsi pozulmasına imkan vermədən Amerikanın döyüş təyyarələrini izləyə biləcək imkanlara sahib olduğunu dilə gətirib. Ukrayna Müdafiə Nazirliyinin Ukraynanın manevrlərə 10 döyüş gəmisi ilə qatılacağı istiqamətindəki açıqlamasını da Rusiyanın həqiqətə uyğun görmədiyini söyləyən rus səlahiyyətli, Ukrayna donanmasında işlək vəziyyətdə bu qədər gəminin qalmadığını bildirib.