Klinton Aquileranı mükafatlandırıb
4 Oktyabr 2012 17:18 (UTC+04:00)
Movqe.az xəbər verir ki, 2010-ci ildən bəri
dünyada aclığa son qoyulması mövzusunda işlər görən müğənni
Kristina Aquilera Hilari Klintonun təşkil etdiyi mərasimdə təltif
edilib .Birləşmiş Millətlər Dünya Qida Proqramının aclığa qarşı
işlər görən elçisi Aqulera Klintonun Vaşinqtonda təşkil etdiyi "11.
Corc McGovern" liderlik mükafatı mərasiminə qatılıb. ABŞ Xarici
İşləri Naziri Klinton bu ilki mükafatı dünyada aclığa son qoymaq
üçün verdiyi töhfələrə görə Aqulieraya verib.2007-ci ildən bəri
Birləşmiş Millətlər Təşkilatının yemək proqramından başqa bəzi
beynəlxalq təşkilatlarda iştirak edən Agulera bu vaxta qədər
təxminən 115 milyon dollar toplanmasına kömək edib. 2 ildir BMT-nin
Aclıq Elçisi ünvanına sahib olan Aquilera, 2010-ci ildə bu ünvana
layiq görüləndə Oprah Vinfreyin televiziya proqramına qatılmış,
"hər 6 saniyədə bir uşaq aclıqdan ölür və bu mənə görə çox
əhəmiyəətli bir statistik məlumat"dır deyə çıxış etmişdi.