Saç tökülməsinə qarşı effektli vasitə

1 Sentyabr 2015 17:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, saç tökülməsi hər kəsdə baş verə bilən təbii prosesdir. Mütəxəssislər qeyd edir ki, orta yaşlı insanda gündə orta hesabla 60-100 tel tökülür və bu hal insanın görünüşündə heç bir dəyişiklik yaratmır.

Lakin saç tökülməsi daha nəzərə çarpacaq bir vəziyyətə gəldikdə saç köklərinin möhkəmlənməsi üçün müvafiq vasitələrdən istifadə etmək zəruridir. Saç tökülməsinə qarşı mübarizədə effektiv vasitələrdən biri fransız laboratoriyasının unikal P50 Capillaire preparatıdır. O, baş dərisini mükəmməl təmizləyir, cansız dəri hüceyrələrini aradan qaldırır, nəmləndirir, yağ ifrazını tənzimləyir, qan dövranını aktivləşdirir və dərini sonrakı mərhələlərdə tətbiq olunacaq daha aktiv preparatların təsirinə hazırlayır.

Saç tökülməsinə qarşı effektli vasitə

Vasitə hər tip, xüsusilə yağlı dəri üçün nəzərdə tutulub. Daha effektiv nəticə əldə etmək üçün bir neçə damcı P50 Capillaire vasitəsindən baş dərisinə bərabər şəkildə çəkmək, barmaq ucları ilə onu dəriyə hopdurmaq, 10-15 dəqiqə sonra isə saç tipinə müvafiq şampunla yumaq lazımdır.