Sergey Lavrov: "Rusiya ABŞ-la bərabərhüquqlu dialoqa hazırdır"

1 Sentyabr 2015 16:25 (UTC+04:00)

Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət İnstitutunun tələbələri qarşısında çıxışı zamanı deyib. Nazir bəyan dib ki, bu dialoq ümumi şərtlər əsasında qurulmalıdır: "Bu dialoq bir-birinin bərabərhüquqlu mövqeyinə qarşılıqlı hörmətə, bir-birinin maraqlarına qarşılıqlı diqqət və bu maraqların nəzərə alınmasına əsaslanmalıdır. Son 4-5 ildə yaradılmış mexanizmlər, o cümlədən Rusiya və ABŞ prezidentləri arasında komissiyanın fəaliyyəti dondurulub. Bütün bunlar bizim amerikalı tərəfdaşlarımız tərəfindən dondurulub. Onlar bizi cəzalandırmaq qərarına gəliblər. Ancaq necə deyərlər, güclə sevgi olmaz".