Son 50 ilin ən güclü "Əl Ninosu"

2 Sentyabr 2015 11:27 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Dünya Meteorologiya Təşkilatı mart ayında başlayan "Əl Nino" təbiət hadisəsinin, 2015-ci ilin son yarısında təsirinin gedərək artacağını və son 50 ilin ən güclü qasırğalarından biri ola biləcəyini bildirib.

Təşkilatdan verilən açıqlamada, bu qlobal okean və atmosfer hadisəsinin tropik Sakit okeanda mövcud olduğu və bu ilin sonuna kimi təsirini gedərək artıracağı deyilib .

Açıqlamada Sakit okeanda dəniz səthinin istiliyinin ortalama 2 dərəcə üzərinə çıxa biləcəyi də deyilib. 2015-ci ilin ikinci yarısında təsirini gedərək artıracağı nəzərdə tutulan "Əl Nino" qasırğası, son 50 ilin ən güclü qasırğası ola biləcəyi bildirilib.

"Əl Nino" yaratdığı isidici təsir səbəbiylə qasırğalara, şiddətli yağışlara, daşqınlara, quraqlıqlara, yanğınlara və kənd təsərrüfatı məhsul itkinlərinə yol açır, bütün bunların nəticəsi olaraq da epidemiya xəstəlikləri artır və çox sayda adam ölümü ilə nəticələnir.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə