Yunanıstan sahillərində Türkiyədən Liviyaya yollanan silah-sursatla dolu gəmi saxlanılıb

2 Sentyabr 2015 11:45 (UTC+04:00)

Movqe.az-ın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "The Daily Star" məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə qurumlardakı mənbənin məlumatına əsasən, gəmi Türkiyədən yola düşüb. Qadağan olunmuş yükün Boliviya bayrağı altında üzən "Həddad-1" gəmisinin yük bölməsində aşkarlandığı qeyd olunur.

Məlumata görə, gəminin göyərtəsində Suriya və Misir vətəndaşları olub.

Gəminin Krit adasının cənub sahillərində saxlanıldığı bildirilir.