İstanbulda "terror" əməliyyatı

2 Sentyabr 2015 12:23 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyi ( TEM ) qrupları, səhər saat 05:00 radələrində Küçükçəkməcə və Əsənyurtda əvvəldən təyin olunan ünvanlara basqın edib.

Əməliyyat daxilində, Kanarya Məhəlləsində olan bir internet kafeyə basqın təşkil edən xüsusi dəstə, qapını qıraraq içəri girib. Bu sırada "Əqrəb" olaraq adlandırılan zirehli maşınlar küçədə təhlükəsizlik tədbirləri alıb. İnternet kafedə araşdırma edən qruplar, içəridə kamera qeydi alınıb, araşdırılmaq üzrə bəzi vəsaitlərə də əl qoyulub.

Əsənyurt Yaşilkənt Məhəlləsində də bir mənzil dairəsinə Xüsusi Hərəkat polislərinin dəstəsi basqın təşkil edib. Qoçbaşı ilə evin qapısını qıran qruplar, içəridə araşdırma edib. Əməliyyata bir polis vertolyotu də havadan dəstək verib.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə