Azərbaycanda ilk dəfə qadın nazir təyin olundu

2 Sentyabr 2015 12:27 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının (MR) mədəniyyət və turizm naziri vəzifəsinə qadın təyin olunub. 


Movqe.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədri Vasif Talıbov sərəncam imzalayıb. 


Nazir vəzifəsini Natəvan Tofiq qızı Qədimova tutacaq. O, indiyədək Muxtar Respublikanın mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.


Qeyd edək ki, müstəqil Azərbaycan Respublikasının tarixində indiyədək heç bir qadın nazir vəzifəsini tutmayıb.