Habil Əliyevin qızı: "Atam artıq heç nəyə reaksiya vermir"

2 Sentyabr 2015 13:07 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bunu APA-ya Azərbaycan xalq artisti, kaman ustası Habil Əliyevin qızı Vəfa Əliyeva deyib. Onun sözlərinə görə, H. Əliyev iki gündür, sistemlə qidalanır: "Həkimlər 24 saat bizdədirlər, başınının üstündə dayanıb, nə lazımdırsa edirlər. Amma bədənin reaksiyası tamam zəifləyib. Artıq bizi eşitmir. İki gündür, yeməkdən tamam kəsilib".

 

Qeyd edək ki, H. Əliyev və ürək və ağciyər problemlərindən əziyyət çəkir.